Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Məmmədova Sərvinaz Ağaəli qızı

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Baş mühasib

1990-cı il oktyabr ayının 5-də Şəki rayonunun Qoxmuq kəndində anadan olmuşdur. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakultəsində təhsil almış, “Bitkilərin mühafizəsi” ixtisası üzrə bakalavr diplomu almışdır. 2013-2015-ci illərdə həmin universitetin magistraturasında təhsilini davam etdirmiş və magistr diplomuna yiyələnmışdir. S.Məmmədova magistraturada oxuduğu illərdə “Distant və əlavə Təhsil Mərkəzi”ndə “Mühasibat uçotu və audit” ixtisası almışdır. 2013-2015-ci illərdə Şəki rayonu “Qaratorpaq” Dövlət Kənd Təsərrüfatı İstehsalat Müəssisəsində əmək haqqı üzrə mühasib, uçot və hesabat işləri üzrə aparıcı məsləhətçi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin 08.02.2017-ci il tarixli, 78-k nömrəli əmri ilə həmin tarixdən Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin baş mühasibi vəzifəsinə təyin edilmişdir. Ailəlidir.

Telefon: 050 347 48 90

E-poçt: sheki-regional@mail.ru

Qəbul günləri: bazar ertəsi-cümə günləri, saat 9:00 - 18:00