Mahmudova Ülkər Tərlan qızı
İnzibati-təşkilati iş sektoru
Sektor müdiri
1983-cü ilin may ayının 4-də Şəki rayonunun Aşağı Göynük kəndində anadan olmuşdur. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakultəsində təhsil almış, ekran dramaturgiyası və ədəbi yaradıcılıq ixtisası üzrə bakalavr diplomu almışdır. 2009-2014-cü il tarixlərdə Aşağı Göynük kənd tam orta məktəbində müəllim işləmişdir.2014-cü ilin iyunun 1-dən 2019-cu ilin fevralın 22-nə kimi Şəki rayon Aşağı Göynük kənd diyarşünaslıq evində metodist vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin 27.02.2019-cu il tarixli, 81-k nömrəli əmri ilə həmin tarixdən Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının mədəniyyət nazirinin növbəti 23.11.2023-cü il tarixli, 734-k nömrəli əmri ilə 01.12.2023-cü il tarixdən Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin İnzibati-təşkilati iş sektorunun müdiri vəzifəsində çalışır. 2-ci dərəcəli dövlət qulluqçusudur.
Telefon: 055 600 18 77
E-poçt: sheki-regional@mail.ru
Qəbul günləri: bazar ertəsi-cümə günləri, saat 9:00 - 18:00