Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Hacıyeva Şəfəq Sabir qızı

Mədəniyyət müəssisələri iş sektoru

Baş məsləhətçi (Balakən rayonu üzrə)

1969-cu il may ayının 11-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuşdur. 1992-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsini bitirərək musiqişünaslıq ixtisasına yiyələnmişdir. 1985-ci ildə Babək rayon musiqi məktəbində, 1987-1998-ci illərdə Ü.Hacıbəyov adına Naxçıvan orta ixtisas musiqi məktəbində,1996-2005-ci illərdə Balakən rayon uşaq incəsənət məktəbində müəllim işləmişdir. 2006-2011-cı illərdə Bakı Musiqi Akademiyasının dissertantı olmuş, 05.04.2013-cü ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 03 avqust 2015-ci il tarixdən 01 noyabr 2016-ci ilədək Balakən rayon mədəniyyət və turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Kiçik dövlət qulluqçusudur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin 30.12.2016-cı il tarixli, 687-k nömrəli əmri ilə 05.01.2017-ci il tarixində Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi (Balakən rayonu üzrə nümayəndə) vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət  Nazirinin 27.06.2018 tarixli, 54-k  nömrəli əmri ilə həmin tarixdən Şəki Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (Balakən rayonu üzrə nümayəndə) vəzifəsinə təyin edilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 03.07.2023-cü il tarixli, 488-k nömrəli əmri ilə 03.07.2023-cü il tarixdən Şəki-Zaqatala Regional Mədəniyyət  İdarəsinin  Mədəniyyət müəssisələri ilə  iş sektorunun baş məsləhətçisi (Balakən rayonu üzrə nümayəndə) vəzifəsinə keçirilmişdir. 2-ci dərəcə dövlət qulluqçusudur. Ailəlidir, 2 övladı var. 

Telefon: 0242951721

E-poçt: medeniyyetbalaken@gmail.com

Qəbul günləri: bazar ertəsi-cümə günləri, saat 9:00 - 18:00