Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakənli mədəniyyət işçisi “Cəsur döyüşçü” medalı ilə təltif edilib

22.12.2020

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb. 

Sərəncamla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəsur döyüşçü” medalı ilə təltif ediliblər.

Müharibənin ilk günlərindən döyüşlərə könüllü olaraq qatılan, 27 sentyabrdan 7 oktyabr tarixədək Tapqaraqoyunlu, Talış kəndləri və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edərək qaziliyə yüksələn, Balakən rayon 1 saylı şəhər sənətkarlıq klubunun müdiri Musayev Turan Tofiq oğlu da həmin fəxri mükafata layiq görülüb.

Turan Musayev son döyüşündə qəlpə yaraları alaraq Gəncə hospitalında müalicə olunmuş, hal hazırda doğma yurdunda, öz ailəsinin yanında reabilitasiya dövrünü yaşayır. Bütün Balakənlilər və Şəki Regional Mədəniyyət İdarəsinin çoxsaylı kollektivi qəhrəmanımızla qürur duyur və onun tezliklə sağalmasını arzulayırlar.