20.08.2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev II Dünya Müharibəsində Fransa Müqavimət Hərəkatının qəhrəmanı olan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Bu münasibətlə Şəki şəhər Mərkəzi Kitabxanasının bir qrup əməkdaşı əfsanəvi qəhrəmanın ev muzeyini ziyarət edib. Əhmədiyyə Cəbtrayılovun oğlu Cavanşir Cəbrayılov kitabxanaçılara muzeylə bağlı geniş məlumat verib. O, Əhmədiyyə Cəbrayılovun İkinci Dünya müharibəsindəki döyüş yolundan, qəhrəmanlıqlarından, Fransa partizanları ilə birlikdə Fransanın almanlardan azad olunmasındakı iştirakından danışıb. Ekskursiyadan sonra kitabxanaçılar Əhmədiyyə Cəbrayılovdan bəhs edən kitablarla tanış olaraq, qəhrəmanın tablosu önündə xatirə şəkilləri çəkdiriblər.