Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qaxda elmi-praktiki konfrans keçirilib

05.12.2025

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anım gününün 22-ci ildönümünə həsr olunmuş "Ürəklərdə özünə yer tapan milli iftixarımız, milli liderimiz" adlı elmi-praktiki konfrans keçirilib.

 

Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin dəstəyi ilə təşkil edilən konfransda Şəki-Zaqatala RMİ-nin məsul şəxsləri, Şəki-Zaqatala regionunda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin rəhbərləri və əməkdaşları, Qax rayonunda fəaliyyət göstərən mədəniyyət işçiləri iştirak edib.

 

Şəki-Zaqatala RMİ-nin, həmçinin Heydər Əliyev Mərkəzlərinin əməkdaşları çıxışlarında ümummilli liderin həyatı, siyasi fəaliyyəti və Azərbaycanın mədəni həyatında gördüyü işlərdən, dövlətçilik ənənələrin formalaşdırmasından bəhs ediblər.

 

Qax rayon Heydər Əliyev Mərkəzinin ev sahibliyində gerçəkləşən konfransda ulu öndərin adını daşıdığı muzeyə baxış keçirilib, fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

 

Qeyd edək ki, belə tədbirlər Heydər Əliyev irsinin öyrənilməsi və gənc nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.