Təhsil
Qəbələ şəhərində və rayonun bütün kənd və qəsəbələrində təhsil müəssisələri mövcuddur. Təhsil müəssisəsinin məzunlarından ali və orta ixtisas məktəblərinə qəbul olanların sayı ildən ilə hiss olunacaq dərəcədə artmaqdadır.
Hal-hazırda Qəbələ rayonu üzrə Təhsil sektorunun tabeliyində 68 ümumtəhsil müəssisəsi vardır. Onlardan 53 –ü tam orta , 12 –i ümumi orta , 3 –ü ibtidai məktəbdir. Rayon üzrə şagirdlərin sayı 18206, müəllimlərin sayı isə 2417 nəfərdir.