Respublikanın iri kənd təsərrüfatı və sənaye rayonlarından biri olan Şəki rayonun ərazisi 2.43 min kvadrat km, əhalisi 01.01. 2014-cü il tarixə 179397 nəfərdir
Hazırda rayon üzrə məşğul əhalini sayı 88000 nəfərdir ki, bunların da 43600 nəfəri kənd təsərrüfatında, 2900 nəfəri sənayedə, 8840 nəfəri tikintidə, 7946 nəfəri təhsil də, 2436 nəfəri səhiyyədə, 22278 nəfəri digər sahələrdə fəaliyyət göstərir. Məşğul əhalinin 15363 nəfəri dövlət mülkiyyəti, o cümlədən 13573 nəfəri büdcə təşkilatlarının payına düşür.
2013-cü ildə müqayisəli qiymətlərlə məhsul istehsalının həcmi artaraq 332004,0 min manat olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyalarin həcmi 91184,0 min manat olmuşdur Pərakəndə əmtəə dövriyyəsi 246459,0 min manat təşkil etmişdir, orta aylıq əmək haqqı 2.4 faiz artaraq 238.3 manat, sənayede çalışan işçilərin əmək haqqı 317.2 manat olmuşdur. 2013-cü il ərzində 1656 yeni iş yeri açılmışdır ki, bunların da hamısı daimi iş yerləridir.
Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyəti haqqında Əsasnamə"yə uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyəti başçısının 29.08.2012-ci il tarixli, 154 saylı Sərəncamı ilə İcra Hakimiyyəti başçısı yanında Şuranın yeni tərkibi təsdiq edilmişdir. İcra Hakimiyyətinin Başçısı yanında Şuranın iclasları «Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə»yə uyğun olaraq ayda iki dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərətçi orqan olan Şuranın yaradılması rayonun iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif və tövsiyələr əsasında Şuranın qərarları, zəruri hallarda isə şəhər icra hakimiyyəti başçısının Sərəncamları verilir.