Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Qəbələ rayon İsmayıl Bəy Qurtqaşınlı Xatirə-Ev Muzeyi

 İ.B.Qurtqaşınlı adına Ev Muzeyi 1984-cü ildən yaradılmağa başlamış, 1986-cı il sentyabr ayının 9-da açılışı olmuş və ictimai əsaslarla fəaliyyət göstərmişdir. Muzey 1989-cu ildə rəsmi dövlət statusu almışdır. Ev Muzeyində Azərbaycan realist nəsrinin banilərində və ilk azərbaycanlı generallardan biri olmuş İsmayıl Bəy Qutqaşınlının(27.01.1806-14.08.1869) həyat və yaradıcılığına dair çox qiymətli materiallar nümayiş etdirili. Ədibin müasirləri və tədqiqatçıları, XIX əsr ədəbiyyatı , etnoqrafik materiallar,o dövrün pulları ,lampa, şamdan, qılınc və xəncər, rus və fransızca çap kitabları, sehirli sandıq xüsusilə diqqəti cəlb edir.

Muzey İsmayıl Bəy Qutqaşınlının və həyat yoldaşı Hacı  Bikə  Xanımın dəfn olunduğu “Sultan Baba” qəbristanlığı ilə üz-üzə bağda yerləşir. Muzeyin  200 kv/m. sahəsi olan binası, həyətində yaşı əsrlərlə ölçülən şabalıd ağacları vardır. Burada tez-tez kütləvi tədbirlər təşkil olunur, ədəbiyyat və tarix dərslərinin tədrisinə şərait yaradılır.

Ünvan:
Qəbələ rayonu, Arif Haqverdiyev küç.3
Telefon:

(024) 205-13-79

E-mail:

Xalis.Muzey@hotmail.com