Mədəniyyət Mərkəzi 1956 –cı ildə fəaliyyətə başlayıb. Bina Mədəniyyət Nazirliyinin balansındadır. Binanın ümumi sahəsi 739 kv/m. 50 yerlik mühazirə zalı, 250 yerlik də tamaşa zalı (sahəsi 190 m2), 6 dərnək otağı, 20 inzibati otaq var. Həyətyanı sahə 77 (kv/m)-dir. Üçmərtəbəli binanın ümumi sahəsi min kvadratmetrə yaxındır. Birinci mərtəbədə inzibati otaqlar yerləşir. Müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 250 nəfərlik akt zalı ikinci mərtəbədə yerləşir. Burada səsyazma və avtomatik idarəetmə otaqları var. Zal müasir işıqlandırma sistemi ilə təchiz olunub. Üçüncü mərtəbədə də müxtəlif təyinatlı otaqlar yerləşir.
Zaqatala rayon Mədəniyyət Mərkəzi 1956-ci ildən Mədəniyyət evi kimi fəaliyyətə başlamış, 2015-ci ildən Mədəniyyət Mərkəzi adlandırılmışdır. Mərkəzin tabeliyində hazırda 2 xalq kollektvi - Xalq teatrı və Xalq kəndirbazlar kollektivi, “Zaqatala” instrumental ansamblı, “Kral” instrumental ansamblı, “Rəqs”, “Bədii söz və aparıcılıq”, “Sintizator” dərnəkləri və “Rus dili” kursu fəaliyyət göstərir. Mərkəz və filiallarda “Toxuculuq”, “Nağara”, “İdman oyunları”, “Qarmon”, “Komputer”, “Gitara”, “Biçmə tikmə”, “Bədii özfəaliyyət” dərnəkləri fəaliyyət göstərir.
Mədəniyyət mərkəzinin aşağıdakı filialları vardır:
Suvagil kənd Folklor evi
Danaçı kənd Folklor evi
Dağlı kənd Folklor evi
Dardoqqaz kənd Folklor klubu
Mamrux kənd Diyarşünaslıq evi
Uzunqazmalar kənd Folklor klubu
Yuxarı Çardaxlar kənd Diyarşünaslıq evi
Car kənd Diyarşünaslıq klubu
Sabunçu kənd Diyarşünaslıq klubu
Aşağı Çardaxlar kənd Diyarşünaslıq klubu
Yuxarı Tala kənd 1 saylı Sənətkarlıq evi
Aşağı Tala kənd Sənətkarlıq evi
Lahıc kənd Sənətkarlıq evi
Axaxdərə kənd Sənətkarlıq klubu
Sumaylı kənd mədəniyyət evi
Yuxarı Tala kənd mədəniyyət evi
Car kənd mədəniyyət evi
Bəhmədli kənd mədəniyyət evi
Höytala kənd mədəniyyət evi
Qandax kənd mədəniyyət evi
Kəpənəkçi kənd mədəniyyət evi
Muxax kənd mədəniyyət evi
Çobankol kənd mədəniyyət evi
Qımır kənd mədəniyyət evi
Əliabad kənd mədəniyyət evi
III Tala kənd mədəniyyət evi
Göyəm kənd mədəniyyət evi
Yengiyan kənd mədəniyyət evi
Gözbarax kənd mədəniyyət evi
Muğanlı kənd mədəniyyət evi
Mosul kənd mədəniyyət evi
Paşan kənd klubu
Kebeloba kənd klubu
Uzuntala kənd klubu
Bazar kənd klubu
Faldarlı kənd klubu
Zəyəm kənd klubu
Zaqatala şəhər 3 saylı klub
Gözbarax kənd klubu
Dağlı kənd klubu
Zaqatala şəhər Mədəniyyət evi
Mazıx kənd klubu
Mərkəzin direktoru: Heydərova Aybəniz Qədir qızı
024-225-25-50
zaqatala-mm@mail.ru