Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Uşaq İncəsənət Məktəbində “Qan yaddaşı” adlı anım tədbiri keçirilib

24.02.2019

Fevralın 24-də Şəki Uşaq İncəsənət Məktəbində müəllim və şagirdlərin birgə təşkil etdikləri Xocalı soyqırımının 27-ci il dönümü ilə əlaqədar "Qan yaddaşı" adlı anım tədbiri keçirilib. Tədbir faciə qurbanların xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlanılıb. Tədbirin aparıcısı  Mətanət Mustafayeva 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş və faciəli, tarixdə analoqu çox az olan hadisələrdən Xocalıda baş vermiş soyqırımın olduğunu qeyd edib. Bu faciənin sadəcə Azərbaycan əhalisinə qarşı törədilmədiyini, insanlıq əleyhinə törədilmiş ən qanlı cinayət olduğu bildirilib. Sonra məktəbin müəllim və şagirdlərinin birgə hazırladığı "Bir millətin səsi" adlı kompozisiya tamaşıçılara təqdim olunub. Tədbir boyu səhnədə quraşdırılmış proektorda Xocalı faciəsindən fraqmentlər nümayiş etdirilib.

Tədbirin sonunda məktəbin direktoru Eldar Rəcəbov çıxış edərək Xocalı faciəsinin xalqımız tərəfindən heç vaxt unudulmayacağını və günahkarların nə vaxtsa mühakimə olunaraq, cəzalandırılacaqlarını vurğulayıb.