Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki 4№-li UMM-də Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

26.02.2019

Fevral ayının 26-da Şəki 4nömrəli uşaq musiqi məktəbində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbiri açan 4 nömrəli UMM-nin direktoru İ.Rəsulov iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etmişdir. Sonra o, 27 il öncə erməni terrorçularının Xocalıda törətdikləri soyqırımı haqqında məlumat vermiş və bu soyqırımın dünyada tanınması, haqqın və ədalətin öz yerini tapması üçün ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan olunmuş “Xocalıya Ədalət!” Beynəlxalq kampaniyasının oynadığı mühüm roldan və kampaniyanın ildən-ilə daha geniş vüsət almasından danışmışdır. Bildirilmişdir ki, bu soyqırımı törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar. 

Çıxışdan sonra məktəbin müəllim və şagirdlərinin hazırladıqları ədəbi-bədii proqram təqdim olunub.