Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı tariximizin qanlı səhifəsi”

25.02.2019

Qax rayon uşaq incəsənət məktəbinin  rəhbərliyi  bildirir ki,   25 fevral  2019-ci il tarixdə məktəbdə Xocalı şəhidlərinin anım günü ilə bağlı “Xocalı tariximizin qanlı səhifəsi” adlı tədbir keçirilib. Şəhidlərin ruhu  bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru Xatirə İmamova çıxış edərək Xocalı  hadisələri haqqında məlumat verib gələcəyimiz olan şagirdlərə Xocalı hadisələrini unutmamağı tövsiyə etdi.  Eyni zamanda o, Cənab Prezidentimizin şəhid və əlil ailələrinə olan qayğısından danışdı.

Xocalı faciəsinin canlı şahidi olan, məktəbin x.ç.a. şöbəsinin xanəndəlik ixtisası üzrə müəllimi Hümmət Əliyev çıxış edərək gördüyü dəhşəti hadisələri ürək ağrısı ilə anlatdı.  

Sonda rəssamlıq şöbəsinin şagirdlərinin əl uişlərindən ibarət “Xocalı tariximizin qanlı   səhifəsi” adlı  rəsm sərgisinə baxış oldu.