Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yaddaşlardan silinməyən faciə

25.02.2019

25.02.2019-cu il tarixdə Oğuz rayon Mərkəzi kitabxanasının uşaq şöbəsi Xocalıda baş verən qanlı cinayətin 27 illiyi ilə əlaqədar “Yaddaşlardan silinməyən faciə” adlı ədəbi-bədii kompozisiya hazırlamışdı. Tədbirdə RİH-in nümayəndələri, UGİM-nin müəllim və dərnək üzvləri, Gİİ-nin nümayəndələri, Heydər Əliyev Mərkəzinin və Oğuz rayon Tarix Diyarşünaslıq muzeyinin kollektivləri və şəhər H.Babayev adına 1 saylı tam orta məktəbin VII sinif şagirdləri iştirak edirdilər.

Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra  Uşaq şöbəsinin müdiri K.Cəfərova bu soyqırımın Azərbaycan tarıxinə ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil olması barədə məlumat verdi. Uşaq şöbəsinin baş biblioqrafı T.İsayeva “Xocalı əsrin faciəsidir” başlıqlı məruzə etdi, RİH-in nümayəndəsi E.Əhmədov faciə haqqında öz fikirlərini bölüşdü, şagirdlərin hazırladığı kompozisiya və Xocalı hadisələrini özündə əks etdirən vıdeo çarx nümayiş etdirildi. Tədbirin sonunda K.Cəfərova hər kəsə öz təşəkkürünü bildirərək iştirakçıları Xocalı faciəsinin 27-ci ildönümünə həsr edimiş sərgiyə baxmağa dəvət etdi.