25.02.2019
25.02.2019-cu il tarixdə Balakən MKS-nin Talalar kənd kitabxana filialı kənd tam orta məktəbi ilə birgə 26 fevral Xocalı soyqırımı ilə əlaqədar “Qanla yazılmış tariximiz” adlı ədəbi-bədii kompozisiya keçirib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xocalı faciəsini əks etdirən kompozisiyada kitabxananın fəal oxucuları, məktəblilər iştirak ediblər. Məktəbin tarix müəlliməsi K.Mehdiyeva çıxış edərək qeyd etdi ki, fevral ayının 26-da vəhşiliklər nəticəsində Xocalıda baş vermiş qətliamdan 27 il keçir. Nə yaralarımız sağaldı, nə cinayətkarlar cəzalandırıldı, nə də torpaqlarımız işğaldan azad oldu. Faciədən bizi 27 illik zaman ayırsa da, həmin faciə bu gün baş vermiş kimi xalqımızı göynədir.
Tədbirin sonunda məktəbin direktoru Sabir Mehdiyev qeyd etdi ki, biz bütün yolları, qapıları Xocalı faciəsini xatırlayaraq açmalıyıq. Biz inanırıq ki, hörmətli Prezidentimiz İlham Əliyevin apardığı siyasət nəticəsində ermənilərə heç vaxt güzəşt edilməyəcək, şəhidlərin qanı yerdə qalmayacaq.