Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yaddaşlardan silinməyən Xocalı”

25.02.2019

Fevralın 25-də Şəki 2 №-li uşaq musiqi məktəbində "Yaddaşlardan silinməyən Xocalı" adlı tədbir kecirilmisdir. Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilərək, məktəbin müəllimi Vəfa Əliyevanın "Xocalısız 27 il" adlı məruzəsi dinlənilmişdir. Çıxışda 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri tərəfindən, qırmızı ordunun 366-ci motoatıcı alayının köməyi ilə Xocalı şəhərinin işğal edilərək ,burada etnik azərbaycanlılara qarşı amansız soyqırım törədildiyi  qeyd edilmişdir.

Məktəbin direktoru Tərlan Məmmədov çıxışında ermənilərin iki əsrdən artıqdır ki, həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasətinin faciəli nəticələrindən, Xocalıda əliyalın dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan, Xocalı qətlyamını lentə almış jurnalist Çingiz Mustafayevin qəhrəmanlığından və Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən söhbət açmışdır.

Məruzə və çıxışlar başa çatdıqdan sonra məktəb şagirdlərinin ifalarında musiqili-bədii proqram təqdim olunmuşdur.