Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkinin Şorsu kəndində “Xocalısız illərimiz” adlı ədəbi-bədii kompozisiya keçirilib

23.02.2019

23 fevral 2019-cu il tarixdə Şorsu kənd folklor klubu və Şəki rayonu Şorsu kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş “Xocalısız illərimiz” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir. Tədbiri giriş sözü ilə folklor klubunun müdiri Raqif Məmmədov açaraq Xocalı faciəsi haqqında məruzə etmişdir. Sonra məktəbin tarix müəllimi Elçin Müftəliyev çıxış edib. Çıxışda bildirilib ki,1992-ci ilin fevral ayın 25 dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri sovet ordusunun 366-cı alaynın iştirakı ilə Xocalı şəhərini işğal edərək Azərbaycanlılara qarşı soyqırım törətmişdirlər. Bu hadisə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Şorsu kənd sakini Qüdrət Məmmədov qeyd etdi ki, Xocalı soyqırımı nəticəsində 83 uşaq, 106- sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilmişdir, 8 ailə tamamilə məhv edilmişdir. Xocalı faciəsinin yer üzündə ən qəddar hadisələrdən biri olduğunu tədbir iştirakçılarına bildirməklə, çıxışının sonunda onu da tamaşaçıların nəzərinə çatdırdı ki, gələcək nəsillər bu dəhşəti heç vaxt unutmasınlar, təbliğat xarakterli tədbirlər tez-tez keçirilsin ki, yaşananlar heç vaxt gənclərimizin yaddaşından silinməsin.

Tədbirin sonunda məktəb şagirdləri musiqinin müşaiyyəti ilə Xocalı faciəsinə aid şeirlər söyləyiblər.