Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə “Yay məktəbi” layihəsi uğurla başa çatıb

05.08.2026

Şəki şəhərində təşkil olunan və üç gün davam edən “Yay məktəbi” avqustun 5-də başa çatıb.

 

Layihənin əsas məqsədi uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların incəsənət sahələrinə marağının artırılması və asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub. Üç gün ərzində iştirakçılar üçün müxtəlif istiqamətlər üzrə təlimlər və ustad dərsləri keçirilib.

 

“Yay məktəbi”nin son günündə Şəki şəhər Yuxarı Karvansaray kompleksində rəqs və ədəbiyyat saatı təşkil olunub. Təlim zamanı uşaqlar öz bacarıqlarını nümayiş etdirmək imkanı qazanıb, yaradıcılıq sahəsində yeni bilik və təcrübə əldə ediblər.

 

Layihənin yekunu olaraq iştirakçıların hazırladıqları rəsm, heykəltaraşlıq və rəqəmsal incəsənət (digital art) işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə nümayiş etdirilən əsərlər iştirakçıların yaradıcılıq potensialını və layihə müddətində qazandıqları bacarıqları əyani şəkildə əks etdirib.

 

“Yay məktəbi” layihəsi uşaqların incəsənətə olan marağının daha da artırılmasına, onların yaradıcı düşüncə və bacarıqlarının inkişafına mühüm töhfə verib.