Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib

03.08.2026

Avqustun 3-də M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Səməd Vurğun adına şəhər Folklor evinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala Regional Bölməsinin və Gənclər və İdman Nazirliyinin Şəki-Zaqatala Regional İdarəsinin Şəki sektorunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Multikultural dəyərlər və dini memarlıq: Azərbaycan nümunəsi” mövzusunda mühazirə keçirilib.

Tədbirdə Azərbaycanın zəngin memarlıq irsi, dini memarlıq abidələrinin qorunması və multikultural dəyərlərin təbliği ilə bağlı çıxışlar edilib. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.