Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə Azərbaycan Dili və Əlifbası Günü münasibətilə tədbir keçirilib

01.08.2026

Avqustun 1-də M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Narınqala" şəhər Folklor evinin və İ.S.Nakam adına Mərkəzi Kitabxananın təşkilatçılığı, Həmkarlar İttifaqı Resbublika Birliyi Şəki şəhər Komitəsinin dəstəyi ilə Azərbaycan Dili və Əlifbası Günü münasibətilə "Doğma dilim-zəngin xəzinəm" adlı intellektual yarış keçirilib.

 

Folklor Evində keçitilən yarışda mədəniyyət işçiləri, Şəki Dövlət Pedaqoji Kollecin və bir sıra məktəblərin müəllim və tələbələri, bir sıra fəal gənc iştirak edib.

 

Yarışmada ümumilikdə 7 komanda iştirak edib. İştirakçılar Azərbaycan dili, ədəbiyyat və ümumi intellektual bilikləri əhatə edən suallar üzrə öz biliklərini sınayıblar.

 

Yarışın nəticəsinə əsasən I yer "Dream Team", II yer "Dracarys" cə lII yer "Maestro" komandası nail olub.

 

Yarışma zamanı komandalar Azərbaycan dili ilə bağlı müxtəlif mövzuları əhatə edən suallara cavab verərək öz biliklərini nümayiş etdirərək dilimizin leksik, qrammatik xüsusiyyətləri və zəngin söz ehtiyatı barədə məlumatlarını daha da möhkəmləndirib.

 

Tədbirin əsas məqsədi Azərbaycan dilinin zənginliyinin təbliği, gənclər arasında ana dilinə sevgi və hörmət hissinin aşılanması, onların bilik və dünyagörüşünün inkişaf etdirilməsi olub.