Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəbələdə “Hüquq və ədalət” adlı tədbir keçirilib

30.07.2026

İyulun 30-da Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Hüquq və ədalət” adlı maarifləndirici tədbir keçirilib.

 

Tədbir cəmiyyətin aktual problemlərindən biri olan insan alverinin qarşısının alınması, bu sahədə hüquqi biliklərin artırılması və ictimai maarifləndirmənin gücləndirilməsi məqsədilə təşkil olunub.

 

Çıxış edənlər insan alveri ilə mübarizədə maarifləndirmənin mühüm rol oynadığını vurğulayaraq, vətəndaşların bu kimi hallarla qarşılaşmamaq üçün hüquqi biliklərinin artırılmasının vacibliyini diqqətə çatdırıblar. Bildirilib ki, risk qruplarının məlumatlandırılması və qabaqlayıcı tədbirlərin görülməsi bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir.

Tədbirin sonunda mövzuya dair maarifləndirici videoçarx nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.