21.04.2026
Aprelin 20-də Qax rayon Qərbi Azərbaycan İcmasının Qax rayon üzrə nümayəndəliyi və S. Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Yaşayan yaddaş, sönməyən ümid” mövzusunda elmi-praktik konfrans keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən konfransda iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, onun xatirəsini ehtiramla yad ediblər.
Daha sonra iştirakçılar Qərbi Azərbaycanın tarixini, mədəniyyətini və mətbəxini əks etdirən sərgi ilə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında məlumat verilib, Qərbi Azərbaycan İcmasının ideyası barədə danışılıb.
Tədbirin bədii hissəsində Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin təqdim etdiyi “Vətən qürbətdə qaldı” adlı kompozisiya təqdim edilib, “Kərəmi” şeiri səsləndirilib.
Sonda Qax Uşaq incəsənət məktəbinin “Tumurcuq” rəqs qrupu “İrəvan yallısı” rəqsi ilə çıxış edib.