Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib

07.04.2026

Aprelin 7-də Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Narınqala” şəhər Folklor evinin təşkilatçılığı ilə korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş “Vicdanın səsi” adlı mühazirə keçirilib.

 

Şəki Tibb Kollecində təşkil olunan tədbirdə Şəki 1 saylı Mediasiya Təşkilatının direktoru Dərya Yaşarlı, jurnalist Aydın Məmmədov, Şəki Tibb Kollecinin müəllim və tələbələri, həmçinin “Narınqala” şəhər Folklor evinin kollektivi iştirak ediblər.

 

Tədbirin keçirilməsində əsas məqsəd tələbələrə korrupsiyanın cəmiyyətə vurduğu zərərləri izah etmək, onlarda qanunlara hörmət və vətəndaş məsuliyyəti anlayışını formalaşdırmaqdan ibarətdir.

 

Çıxış edənlər korrupsiyanın yalnız hüquqi deyil, həm də mənəvi məsələ olduğunu vurğulayaraq bu halların cəmiyyətin inkişafına ciddi maneə yaratdığını bildiriblər.