26.08.2025
25 avqust 2025-ci il tarixdə Balakən rayon Mədəniyyət Mərkəzinin və “ASAN xidmət” Mərkəzinin könüllülərinin birgə təşkilatçılığı ilə tanınmış yazıçı Anar Rzayevin müəllifi olduğu “Ötən ilin son gecəsi” əsəri əsasında hazırlanan tamaşa səhnələşdirilərək tamaşaçılara təqdim edilib.
Səhnə əsərinin təqdimatı gənclərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq potensialının üzə çıxarılması, həmçinin mədəniyyətə maraqlarının artırılması məqsədini daşıyır. Tamaşada iştirak edən gənc könüllülər öz aktyorluq bacarıqlarını nümayiş etdirərək tamaşaçılar tərəfindən alqışlarla qarşılanıblar.