Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə ”Təkəlduz dünyası” adlı sərgi təşkil olunub

23.08.2025

23 avqust 2O25-ci il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Narınqala" şəhər Folklor evinin təşkilatçılığı ilə "Təkəlduz dünyası" adlı sərgi təşkil olunub.

"Narınqala" Folklor evində təşkil edilən sərgidə Folklor evinin kollektivi, təkəlduz ustaları, ərazidə yaşayan sakinlər, şəhərin qonaqlar iştirak edib.

Təkəlduz sənəti Azərbaycan xalqının mədəni irsinin bir parçasıdır. Bu cür sərgilərin keçirilməsində məqsəd, "Təkəlduz" sənəti mirasını qorumaq, gələcək nəsillərə ötürmək və bu sahədə maraq oyadaraq, davamlılığını təmin etməkdir.