Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dövlət Sərhəd Xidmətinin yaranmasının 106-cı ildönümü münasibətilə tədbir keçirilib

18.08.2025

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin və Şəhid Səbuhi İsgəndərlinin adını daşıyan EN Group Production təşkilatçılığı ilə DSX-nin Şəki şəhərində yerləşən N saylı hərbi hissəsində “Biz vətənin sərhədiyik” adlı tədbir keçirilib.

Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin, Şəki və Oğuz rayon hüquq mühafizə orqanlarının, Şəki şəhər məhkəməsinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Şəki şəhər N saylı hərbi hissəsinin, YAP Şəki rayon təşkilatının rəhbərliyi, həmçinin şəhid ailələri, qazilər və digər qurumlardan dəvət olunmuş qonaqlar iştirak ediblər.

Konsertin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra DSX-nin N saylı hərbi hissəsinin şəxsi heyətinin hərbi paradı nümayiş etdirilib.

Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və digər rəsmi nümayəndələr çıxış edərək, əməyi ilə seçilən bir qrup şəxs, o cümlədən konsertin layihə rəhbəri, aparıcısı M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Elvin Nüsrətoğlu və konsert proqramının prodüseri mədəni təşkilatçı Sələmə Məhərrəmova DSX-nin N saylı hərbi hissəsinin komandiri, polkovnik Muxtar Həmzəyev tərəfindən fəxri fərmanla təltif olunublar.

Konsert proqramının bədii hissəsi müğənnilər Anar Yusifzadə, Gülüstan Qəhrəmanova, Hakim Əkbərov, Şöhrət İbrahimxəlilov, Səyyar Teymurovun ifaları və Vəfa Həmidlinin rəhbərlik etdiyi “ER” Rəqs qrupunun çıxışları ilə “Zəfər mahnısı” altında möhtəşəm açılışla başlanıb. Daha sonra müğənnilər Seymur Qasımzadə, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti Tərxan İbrahim, Arif Nazarov, Ziya Səlimov, saz ifaçısı Həqiqət Əliyeva, Vüqar İsgəndərli, Yusif Yusifli və bədii qiraət ustası Bəhiyyə Nağıyeva öz çıxışları ilə konsertə xüsusi rəng qatıblar.