Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəbələdə “Əkinçi – tərəqqiyə ilk addımlar” adlı tədbir keçirilib

18.07.2025

18 iyul 2025-ci il tarixində Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş “Əkinçi – tərəqqiyə ilk addımlar” adlı tədbir keçirilib. Tədbirdə yerli mətbuat nümayəndələri, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət iştirak edibdir.

Tədbir şəhid olan  media nümayəndələrinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, çıxışlarda “Əkinçi” qəzetinin milli oyanış və maarifçilik tarixində rolu vurğulanıb. Həmçinin, müstəqillik dövründə mətbuatın inkişafına yönəlmiş dövlət siyasəti barədə məlumat verilib.

Sonda “Əkinçi” qəzetinə dair arxiv materiallarından ibarət videoçarx nümayiş olunub.