Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib

30.01.2025

30.01.2025-ci il tarixdə Balakən rayon Mədəniyyət  Mərkəzində Xalq şairi, Dövlət Mükafatı laureatı Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş "Nəbi Xəzri- 100 poeziya ahəngi" başlığı  altında xatirə gecəsi keçirilib.

Mədəniyyət Mərkəzində baş tutan tədbir görkəmli şairin ömür yolundan bəhs edən videoçarxın təqdimatı ilə başlayıb.

Tədbirdə Nəbi Xəzrinin XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi,  publisist, ssenarist, dramaturq, nasir olmaqla yanaşı, həm də tanınmış ictimai xadim olduğu, səmərəli fəaliyyəti çərçivəsində Azərbaycan mədəniyyəti və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq işlər gördüyü qeyd edilib.

Eyni zamanda, Nəbi Xəzri irsinin  millilik və bəşərilik, humanizm və vətənpərvərlik, xalq həyatına bağlılıq kimi bədii yaradıcılıq keyfiyyətlərini də  özündə əks etdirən, orijinal poeziya olduğu vurğulanıb.

Tədbirin bədii hissəsində şairin sevilən şeirləri səsləndirilib, onun sözlərinə yazılmış mahnılar ifa edilib.