Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət naziri Adil Kərimli Qəbələ rayonunda vətəndaşları qəbul edəcək

28.01.2025

Mədəniyyət naziri Adil Kərimli Qəbələdə vətəndaşları qəbul edəcək.


Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2025-ci il fevralın 28-də saat 10:00-da Qəbələ rayon Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov, 28) Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.


Vətəndaşlar 2025-ci il fevralın 24-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.