Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

19.01.2025

20 Yanvar faciəsi əlaqədar Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət gösdərən mədəniyyət müəssisələri tərəfindən silsilə tədbirlər keçirilib. 

 

Keçirilən silsilə tədbirlərdə şəhid ailələri, mədəniyyət və təhsil işçiləri, içtimaiyyət nümayəndələri iştirak edib. 

 

Çıxış edənlər 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı terrordan bəhs ediblər.

 

Qeyd edilib ki, faciədən bir gün sonra, 21 yanvar tarixdə ümummilli liderimiz Heydər Əliyev ailə üzvləri ilə böyük cəsarət göstərərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış edib. 

 

Ulu öndərin tövsiyəsi ilə 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

 

20 Yanvar faciəsi Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunub.

 

Keçirilən tədbirlərdə Şəhidlərin xatirələri yad edilib, 20 yanvar hadisələrinə həsr edilmiş videoçarxlar nümayiş olunub.