08.11.2024
8 Noyabr 2024-cü il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Şəki şəhər İcra Hakimiyyəti və Şəki Dövlət Kollecinin birgə təşkilatçılığı ilə 8 Noyabr -Zəfər Günü münasibət ilə konserti keçirirlib.
Konsert başlamadan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şəki-Zaqatala RMİ-nin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəbinin müəllim və şagirdləri rəngarəng musiqi və rəqs nömrələri ilə çıxış ediblər.
Bəxtiyar Vahabzadə adına Mədəniyyət və İstirahət parkında keçirilən konsertdə şəhər rəsmiləri, mədəniyyət işçiləri və şəhər əhalisi iştirak edib.