Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir

07.12.2021

Balakən rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilməsinə davam etdirilir.

Balakən rayon Heydər Əliyev Mərkəzində "Ulu Öndərin ömür yolu xalqa xidmət nümunəsidir" adlı diskussiya təşkil olunmuşdur. Diskussiyada Meşəşambul  kənd tam orta məktəbinin və Nizami adına şəhər 1  saylı   tam orta məktəbinin şagirdləri  iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Mərkəzin elmi işçisi Çinarə Bazarova çıxışında bildirmişdir ki, dekabrın 12-si xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük  Azərbaycanlı idi.

Daha sonra çıxış edən Mərkəzin bələdçisi Sona Çunayeva çıxışında  qeyd etmişdir ki,  Heydər Əliyev böyük siyasət üçün yaranan,  dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi. Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi və hər cəhətdən ölçülüb biçildiyindən ətraflardakıları heyrətləndirmişdir.

Tədbir diskussiya şəklində davam etmişdir.

 

47.6 KB

 

42.7 KB

 

51.1 KB

 

49 KB