18.05.2021
Balakənin Hənifə kənd Sənətkarlıq klubunun işçiləri II Qarabağ müharibəsində Şəhid olmuş Kərimov Elmir Rəhim oğlu və Yüzbaşyev Cavid Cavanşir oğlunun məzarlarını ziyarət ediblər.
Ziyarət zamanı məzarların üzərinə gül-çiçək dəstələri düzülüb, Şəhid övladların ruhuna dualar oxunub. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri Elmir Kərimov və Cavid Yüzbaşyev Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşan uğrunda gedən döyüşlərdə fəal iştirak edərək Şəhadətə ucalıblar. Hər iki qəhrəman Şəhidimiz ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif ediliblər.