Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Heydər Əliyev Mərkəzində “Ulu Öndər” filmi nümayiş olunub

17.05.2021

Qax rayon Heydər Əliyev Mərkəzində rayon məktəblilərindən ibarət auditoriyaya “Ulu Öndər” filmi nümayiş olunub. Filmdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində həyat və fəaliyyətini əhatə edən səhifələr, onun Azərbaycan gənclərinə verdiyi tövsiyələr əksini tapıb.

Məktəblilər Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyev haqqında olan ekran əsərini böyük maraqla izləyiblər.