17.05.2021
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi və bir qrup könüllü Zaqatala rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ekskursiya zamanı Mərkəz əməkdaşı tərəfindən ziyarətçilərə Ümummilli lider Heydər Əliyev haqqında ətraflı məlumat verilib. Ekskursiyadan sonra ziyarətçilər “Dəmir yumruq” adlı filmi izləyiblər.