08.05.2021
Azərbaycan Respublikasında yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir, bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün ölkədə daim məqsədyönlü işlər aparılır.
Bu baxımdan Lider TV -nin "Çıxış yolu" verilişində azsaylı saxur xalqının nümayəndəsi, Qax rayon Ləkit kənd diyarşünaslıq evinin mədəni-kütləvi təşkilatçısı Xuraman Camalın Vətənpərvərlik mövzusunda yazılan "Can, can Azərbaycanım" mahnısı tamaşaçılara təqdim olunub.
Sözləri şair Nəsibə İsrafil qızına, bəstəsi Xuraman Camala məxsus olan mahnını tanınmış müğənni məharətlə ifa edib.