Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixi yazmış bir tale” adlı onlayn respublika müsabiqəsinin qalibləri müəyyənləşib

06.05.2021

Mayın 6-da Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması məqsədilə şəhər(rayon) Heydər Əliyev Mərkəzlərində çalışan elmi işçilər arasında “Tarixi yazmış bir tale” adlı onlayn respublika müsabiqəsinin final mərhələsi keçirilib.

Mərasimdə regionları təmsil edən 6 şəhər və rayonun nümayəndələrinə müvafiq diplomlar və mükafatlar təqdim olunub. Sözügedən müsabiqənin nəticələrinə görə Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nuranə Ramazanova II, Şəki şəhər Heydər Əliyev Mərkəzindən Zeynəb Cəfərova III yerlərə layiq görülüblər.