Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakənli yeniyetmələr IV Respublika festival-müsabiqəsində fəxri yerə layiq görülüblər

05.05.2021

Balakən Uşaq Musiqi Məktəbinin şagirdləri Sənan Qanzayev və Kənan Qondolov zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin IV Respublika festival-müsabiqəsinin finalına yüksələrək, 7-11 yaş qrupu üzrə III fəxri yerə layiq görülüblər.

Məktəbdən verilən məlumata görə hər iki finalçı hal-hazırda xaricdə keçirilən II Beynəlxalq müsabiqənin yarımfinalında iştirak edir.