27.04.2021
Şəki şəhər Uşaq İncəsənət məktəbinin şagirdi Dəniz Məmmədzadə və məktəbin müəllimi Kubra Yusifovanın 6 yaşlı qızı, hazırlıq qrupunun şagirdi Nəhayət Yusifzadə İtaliyada keçirilən “Future Stars” adlı onlayn Beynəlxalq Festivalda uğurla çıxış edərək, l dərəcəli laureat adına layiq görülüblər.
Həmçinin məktəbin direktoru Eldar Rəcəbov və şagirdləri müsabiqəyə hazırlayan müəllim Kubra Yusifova müsabiqənin təşkilat komitəsi tərəfindən diplom və təşəkkür məktubu ilə mükafatlandırılıblar.