26.04.2021
Qaxın Qaşqaçay kəndində Vətən müharibəsinin Füzuli uğrunda gedən döyüşlərində Şəhidlik zirvəsinə ucalan Cavid Abdullayevin xatirəsi yad edilib.
Şəhidimizin 21-cu doğum gününə həsr edilmiş xatirə tədbirində Qaşqaçay kənd Folklor evinin kollektivi və kənd sakinləri Şəhid qəhrəmanın məzarını ziyarət ediblər. Şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzülüb, bütün Şəhid övladların ruhuna dualar oxunub.
Ziyarətçilər Şəhidimizin keçdiyi döyüş yolu haqqında danışaraq, onun Vətən müharibəsində göstərdiyi şücaətdən bəhs edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış tarixi Qələbədə Cavid kimi Vətən oğullarının müstəsna xidmətini xüsusilə vurğulayıblar. Şəhidin valideynlərinə nümunəvi övlad yetişdirdikləri üçün təşəkkür edərək, onu heç zaman unutmayacaqlarını söyləyiblər.