23.04.2021
Qax rayon Mərkəzi Kitabxanasında şair Abdulla Şahmirlə görüş keçirilib.
Görüşdə şairin yaradıcılığında torpağa, elə, Vətənə və təbiətə olan bağlılığından söz açılıb, onun şeirlərindən nümunələr səsləndirilib. Bildirilib ki, Abdulla Abdulhəmid oğlu Şahmirov( Abdulla Şahmir) 1958 ci ildə Qax rayonunda anadan olub. Gəncə DPİ–nun Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirib. 100-dən çox elmi məqalənin müəllifi və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Qaxda fəaliyyət göstərən “Kürmük nəğmələri” ədəbi birliyinin sədridir.
Sonra Abdulla Şahmir “Kürmük nəğmələri”nin tarixindən, ədəbi fəaliyyətindən danışaraq, görüşün təşkilatçılarına təşəkkürünü bildirib.