15.04.2021
Balakən rayon Mədəniyyət Mərkəzində Mədəniyyət işçilərinin peşə bayramı münasibətilə onlayn konsert təşkil olunub.
Tədbirdə Mədəniyyət Mərkəzinin bədii rəhbəri Tural Kərimov Mədəniyyət işçilərinin peşə bayramı günü ilə əlaqədar məlumat verib. Sonra Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Elman Əzimovun ifasında "Bağışla", "Qəlbimdə qaldın”, "Əsən yellər", Mahamalar kənd Folklor evinin bədii rəhbəri Burhan Rəşidovun ifasında "Xudayar təsnifi", " Ey vətən", "Nədəndir", Talalar kənd Sənətkarlıq evinin bədii rəhbəri Rasim Alqayevin ifasında "Külək məni yaralama" mahnıları tamaşaçılara təqdim edilib.