19.04.2021
Qax rayon Turaclı kənd klubunun və kitabxanasının əməkaşları Vətən ugrunda canindan keçmiş xüsusi təyinatlı döyüşçü, Şəhid Ramil Abbasovun ailəsini ziyarət ediblər.
Şəhidin ailə üzvləri ilə söhbət zamanı bildirilib ki, Abbasov Ramil Sabir oglu 1988- ci ildə Qax rayonunun Turacli kəndində anadan olub. O, 2005- ci ildən hərbi forma geyinərək 15 il qürurla Vətənə xidmət edib. Xidməti zamanı bir cox fəxri fərmanlar, sertifikatlar və yubiley medalları ilə təltif olunub.
2020-ci ilin 27 sentyabrında torpaqlarımızın işğaldan azad olunması ugrunda başlayan doyüşlərin Talış kəndı və Suqovuşan istiqamətində düşmənə qan uddurub. Oktyabırın 10-da ən yüksək məqama- Şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Şəhidimizin ölümündən 20 gun sonra dünyaya göz açan, üzunu görmədiyi körpəsi atasının adını daşıyır.