15.04.2021
Zaqatalanın Dardoqqaz kəndində Vətən müharibəsinin Şəhidi, polkovnik-leytenant Hacıyev Abakar Məhəmməd oğlunun xatirəsi yad edilib.
Şəhidimizin doğum gününə həsr edilmiş xatirə tədbirində Zaqatala rayon Sumaylı kənd Mədəniyyət evi və kitabxana işçiləri onun keçdiyi şərəfli döyüş yolundan söz açıb, ailəsinə maddi və mənəvi dəstək göstəriblər.
Sonra Mədəniyyət evinin müdiri Əyyub Kamlayev Şəhidimizin Vətən müharibəsində göstərdiyi şücaətdən bəhs edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış tarixi Qələbədə Abakar kimi Vətən oğullarının müstəsna xidmətini xüsusilə vurğulayıb. Şəhidin valideynlərinə nümunəvi övlad yetişdirdikləri üçün təşəkkür edərək, onu heç zaman unutmayacaqlarını söyləyib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə və mədəniyyət işçilərinə təşəkkürlərini bildiriblər.
Daha sonra Dardoqqaz kənd qəbiristanlığındakı Şəhid məzarları ziyarət olunaraq, üzərlərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.