Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalanın Yengiyan kəndində mədəniyyət işçiləri qazi Asim Mahmudovu ziyarət ediblər

13.04.2021

Zaqatala rayon Eyvaz Əlixanov adına Yengiyan kənd mədəniyyət evinin kollektiv üzvləri qazi Mahmudov Asim Ramazan oğlunu ziyarət ediblər.

Görüşdə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş Asim Mahmudov keçdiyi döyüş yolu haqqında məlumat verib, Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı qələbədən danışıb.

Qazinin valideynləri Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinin rifahının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər.