13.04.2021
Oğuz rayonunun Xalxal kəndindən olan, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalan baş gizir Vüsal İsmayılovun uyuduğu kənd qəbiristanlığındakı məzarı yanında anım mərasimi keçirilib.
Şəhidin doğum günü münasibətilə təşkil olunmuş anım mərasiminə gələnlər Şəhidin məzarı üzərinə əklillər qoyub, tər qərənfillər düzüblər.
Anım mərasimində 9 aprel 1989-cı ildə Oğuz rayonunun Xalxal kəndində anadan olan Vüsalın döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışılıb. Vurğulanıb ki, Vüsal İsmayılov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Çıxışlarda, habelə Vüsal və onun kimi Şəhidlərimizin qanının yerdə qalmadığı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində ermənilərin diz çökdürüldüyü vurğulanıb.