Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala Mərkəzi kitabxanasında oxucuların yazarlarla görüşü təşkil olunub

13.04.2021

Zaqatala rayon Mərkəzi kitabxanasında kiçik yaşlı oxucuların uşaq kitabı yazarı Gülzar İbrahimova ilə ZOOM proqramı vasitəsilə onlayn görüşü təşkil olunub.

Görüşü MKS-nin direktoru Gülniyar Məmmədova açaraq, Gülzar İbrahimovanın həyat və yaradıcılığı haqqında oxucuları məlumatlandırıb.

Sonra həvəskar nağıl yazarları olan oxuculardan Nihat Heydərli, Rəisə Hacıyeva və Zeynəb Əfəndiyeva yazdıqları nümunələrlə iştirakçıları tanış ediblər. Daha sonra Gülzar İbrahimova “Nağıllar aləmi”nə səyahət edərək, yazdığı nağılları balaca tədbir iştirakçılarına çatdırıb.

Tədbirin sonunda  Gülniyar Məmmədova  Gülzar xanıma və oxuculara görüşün maraqlı və səmərəli keçirildiyi üçün təşəkkürünü bildirib.