Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Mərkəzi kitabxanasında sanitar-dezinfeksiya işləri aparılıb

13.04.2021

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Qax rayonunun mədəniyyət müəssisələrində xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün profiklaktik tədbirlər davam etdirilir.

Bu məqsədlə C.Cabbarlı adına rayon Mərkəzi kitabxanasında sanitar-dezinfeksiya işləri aparılıb.

Eyni zamanda müəssisənin əməkdaşlarına gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin qorunmasının vacibliyi, ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, tibbi maskalardan istifadənin məcburiliyi izah olunub, tövsiyələr verilib.