Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda “Nizami Gəncəvi yaradıcılığında qadın obrazları” adlı videokonfrans keçirilib

12.04.2021

Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və S.Vurğun adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın dahi şairi və türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “ Nizami Gəncəvi yaradıcılığında qadın obrazları” adlı videokonfrans keçirilib.

Tədbirdə  S.Vurğun adına Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova böyük Azərbaycan şairi, mütəfəkkiri və filosofu Nizami Gəncəvi haqqında məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi klassik ədəbi irsimizə verilən yüksək dəyərin bariz nümunəsidir.

Sonra MKS-nin  direktoru Güllü Əhmədova çıxış edərək, Nizami Gəncəvi dühasına bütün bəşərin səcdə etdiyindən söz açıb. Qeyd olunub ki, Nizami Gəncəvi dünya əsdəbiyyatına zəngin, mənalı və dəyərli töhfələr bəxş etmişdir. Onun “Xəmsə”sinə daxil olan poemalar, lirik şeirlər dönə-dönə mütaliə edilir, oxucuya böyük zövq verir. Qürur hissi keçiririk ki, xalqımızın belə bir dahi şair-mütəfəkkiri var. Nizami poeziyası əbədidir.

Daha sonar MKS-nin direktor müavini Ahidə Əfəndiyeva “Nizami Gəncəvi müdrikliyin zirvəsidə” adlı məruzə ilə, S.Vurğun adına Mədəniyyət Mərkəzinin əməkdaşları Nuriyyə Əlimova və Vüsalə Mustafayeva Nizami yaradıcılığında qadına verilmiş yüksək qiymət barədə, Əmbərçay kənd kitabxanasının böyük kitabxanaçısı Gülmayə Məmmədova “ İsgəndərnamə” əsərində Nüşabə obrazı, Çinarlı kənd klubunun müdiri Gülbahar Abdullayeva insanın qəlbini təlatümə gətirən Nizami lirikası, Şəhər 2 nömrəli şəhər kitabxanasının əməkdaşı Aygül Rəhimli “Xosrov və Şirin“ əsərində qadın obrazları, Cəlayir kənd kitabxana filialının müdiri Çeşminaz Əhmədova “Sultan Səncər və qarı” hekayəsinin mahiyyəti, Qaşqaçay kənd kitabxana filialının müdiri Sədayə Səmədova “ Yeddi gözəl” əsərindən “ Fitnə” hekayəsi üzərində çıxış ediblər.

Tədbirin sonunda Ləkit Mədəniyyət evinin əməkdaşı Xuraman Camalova şairin “Xəmsə”sində musiqi mövzusu, çalğı alətlərinin təsviri haqqında məlumat verib və Nizaminin “Sənsiz” romansı ifa olunub.