12.04.2021
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Balakən rayonunda yaşı 40-65 və 65-dən yuxarı olan vətəndaşların vaksinasiya prosesi uğurla davam etdirilir.
Rayonun Mədəniyyət Mərkəzi və digər mədəniyyət müəssisələrinin işçiləri vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib olduğunu nəzərə alaraq, bu prosesdə xüsusi fəallıq nümayiş etdirirlər.